Ötən gün futbol üzrə Azərbaycan Birinci Liqasının 2023/2024 mövsümünün qalibi olan “Şamaxı” komandası bu gün mükafatlandırılıb.
Arena.az xəbər verir ki, tədbir Şamaxı şəhər stadionunda gerçəkləşib.
Əvvəlcə çempion komandanın oyunçularına medallar təqdim olunub. Ardınca komandaya çempionluq kuboku verilib.
Mükafatları Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, PFL prezidentinin idman işləri üzrə müşaviri Məlik Həsənov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov təqdim ediblər.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi 27 turda topladığı 57 xalla Birinci Liqanın qalibi olub. Komanda bu uğuru sayəsində bir illik fasilədən sonra yenidən Premyer Liqada iştirak hüququ qazanıb.


