Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı”nın yay təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən daha biri bəlli olub.
Arena.az xəbər verir ki, sözügedən komanda Qətərin “Əl-Xaraitiyat” kollektivi ilə qarşılaşacaq.
Bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, qarşılaşma iyulun 26-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi bu yay təlim-məşq toplanışı zamanı “Kəpəz” və “Qəbələ” ilə də qarşılaşacaq. Bu oyunlar da müvafiq olaraq iyulun 20-də və avqustun 4-də Qəbələ şəhər stadionunda keçiriləcək.
“Şamaxı” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 38 xalla 8-ci pillədə başa vurub. Komanda keçirdiyi 33 oyunda 9 qələbə qazanıb, 11 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Bu gün “Sumqayıt” da Qəbələdəki hazırlıq prosesi çərçivəsində avqustun 7-də Qətərin “Əl-Xaraitiyat” kollektivi ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı.


