“Selta” “Espanyol”u məğlub yola saldı

Futbol üzrə İspaniya La Liqasında 18-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Selta” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

“Barselona” bu turda “Elçe”nin müqavimətini qırmağa çalışacaq. Lider “Real” isə “Kadis”lə qarşılaşacaq.

Turun mərkəzi görüşündə “Atletiko” səfərdə “Sevilya” ilə üz-üzə gələcək.

İspaniya La Liqası
18-ci tur
17 dekabr

Selta – Espanyol 3:1
Qol: Mina, 3. Aspas, 47. D.Suares, 82 – Moron, 90+2.

18 dekabr

17:00. Rayo Valyekano – Alaves
19:15. Real Sosyedad – Vilyarreal
21:30. Barselona – Elçe
00:00. Sevilya – Atletiko

19 dekabr

17:00. Qranada – Malyorka
19:15. Atletik – Betis
21:30. Xetafe – Osasuna
00:00. Real – Kadis

20 dekabr

00:00. Levante – Valensiya

Xəbəri sosial şəbəkələrdə paylaş: