İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti futbol tamaşaçısı kimi üstünlük verdiyi komandalardan danışıb.
Arena.az jurnalist Nikolo Skiraya istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Milan”ın oyunlarına baxmağı xoşlayıram. Yəqin ki, “Milan” bütün böyük komandalar arasında ən rəngarəngidir və onların oyunları həmişə bir-birindən fərqlənir. Meydanda demək olar ki, hər şeyi edə bilərlər. Bu, böyük ölçüdə rəqabətəqadir komanda qurmuş Stefano Pioli ilə bağlıdır.
Eyni zamanda, Daniele De Rossi “Roma”da düşüncə və oyuna dəyişiklik gətirdi. Bu qədər qısa müddətdə bunu etmək asan deyildi. A Seriyasının mənim üçün gözlənilməzliyi “Bolonya”dır ki, mən keçənilki “Napoli” ilə bəzi oxşarlıqlar görürəm”, deyə Spalletti bildirib.
Xatırladaq ki, Spallettinin sükanı arxasında dayandığı İtaliya yığması AÇ-2024-ün final mərhələsinin “B” qrupunda Xorvatiya, İspaniya və Albaniya yığmaları ilə ələmə mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, İtaliya yığması cari Avropa çempionu adını daşıyır.


