Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 30-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Göztəpə” doğma meydanda “Qaziantep”lə, “Kasımpaşa” isə “Beşiktaş”la qarşılaşıb. Hər iki qarşılaşmada tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Xüsusilə də “Beşiktaş” azlıqda mübarizə apardığı matçda məğlubiyyətdən son anda qurtulub.
Beləliklə, 30 turdan sonra 71 xal toplamış “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 68 xalla ikinci, “Samsunspor” isə 51 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 48, “Eyüpspor” 47, “Başakşəhər” 42, “Göztəpə”, “Qaziantep” və “Antalyaspor” 39, “Trabzonspor” 36, “Konyaspor” və “Rizəspor” 34, “Bodrumspor” və “Kayserispor” 33, “Sivasspor” və “Alanyaspor” 31 xal toplayblar.
Türkiyə, Super Liqa
30-cu tur
4 aprel
Adana Dəmirspor – Kayserispor 0:2
Qollar: K.Yılmaz, 10. Bahoken, 52.
5 aprel
Rizəspor – Sivasspor 1:1
Qollar: B.Özcan, 70-pen – V.Şimiç, 84.
Başakşəhər – Konyaspor 1:0
Qol: Pyontek, 71-pen.
Antalyaspor – Samsunspor 2:1
Qollar: S.Dikmen, 45. Qaiç, 84 – Z.Yavru, 52.
6 aprel
Alanyaspor – Bodrumspor 0:1
Qol: A.Aytemur, 81.
Hatayspor – Eyüpspor 0:1
Qol: Tiam, 23.
Fənərbağça – Trabzonspor 4:1
Qollar: Taliska, 51-pen; 64; 77. Şkrinyar, 60 – Draquş, 45+4.
7 aprel
Göztəpə – Qaziantep 1:1
Qollar: K.Kanatsızkuş, 90+4 – H.Dərvişoğlu, 48.
Kasımpaşa – Beşiktaş 1:1
Qollar: Ben Uanes, 14 – J.Fernandes, 89-pen.


