Super Liqa: “Fənərbaxça” qalib gəldi, “Beşiktaş” 3 qola üzüldü

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Fənərbaxça” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

Səfərdə “İstanbulspor”la qarşılaşan “Başakşəhər” nəhayət ki, yeni baş məşqçi ilə mövsümdəki ilk qələbəsinə sevinib.

Altı qolun qeydə alınıdığı “Alanyaspor” – “Kasımpaşa” matçında qalib müəyyənləşməyib.

“Trabzonspor”un qonağı olan “Beşiktaş” isə bu turda darmadağına üzülüb.

5-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Fatih Karagümrük” doğma meydanda Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni komandası “Hatayspor”u sınağa çəkəcək. “Sivasspor” isə “Ankaragücü” ilə üz-üzə gələcək.

Türkiyə, Super Liqa
5-ci tur
16 sentyabr

Kayserispor – Qaziantep 2:0
Qollar: Tiam, 6-pen; 89.

Konyaspor – Rizəspor 1:2
Qollar: U.Yazgili, 34 – Sauer, 89-pen. Qaiç, 90+2.

Adana Dəmirspor – Pendikspor 3:0
Qollar: Nyanq, 15; 41. E.Akbaba, 88.

Qalatasaray – Samsunspor 4:2
Qollar: K.Aktürkoğlu, 7; 29. A.Bardakçı, 42. İkardi, 67 – Dimata, 46. Holse, 60.

17 sentyabr

Fənərbaxça – Antalyaspor 3:2
Qollar: Dzeko, 45+1. İ.C.Kahveçi, 56. Şimanski, 80 – Buksa, 31; 64.

İstanbulspor – Başakşəhər 0:2
Qollar: Pelkas, 52. Fiqeyredo, 90.

Alanyaspor – Kasımpaşa 3:3
Qollar: Kordova, 18. Novais, 24; 51 – Fall, 45+2. A.Kara, 79. Ben Uanes, 87.

Trabzonspor – Beşiktaş 3:0
Qollar: Onuaçu, 29. Bakasetas, 41. Vişça, 61.

18 sentyabr

21:00. Fatih Karagümrük – Hatayspor
21:00. Sivasspor – Ankaragücü

Xəbəri sosial şəbəkələrdə paylaş: