Super Liqa: “Fənərbağça” “Rizəspor”u 5 qolla məğlub etdi

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib

Arena.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.

“Beşiktaş” – “Samsunspor” və “Göztəpə” – “Kocaelispor” matçlarında qalib müəyyənləşməyib. “Alanyaspor” evdə “Kasımpaşa”ya məğlub olub. “Rizəspor”un qonağı olmuş “Fənərbağça” da böyük hesabla qələbə qazanıb.

13-cü turun qalan görüşləri noyabrın 24-də keçiriləcək.

Türkiyə, Super Liqa
13-cü tur

22 noyabr

Kayserispor – Qaziantep 0:3
Qollar: Maksim, 39-pen. Bayo, 45.

Eyüpspor – Karagümrük 1:1
Qollar: Akbaba, 66 – Kranevitter, 90.

Qalatasaray – Gənclərbirliyi 3:2
Qollar: İkardi, 55. B.A.Yılmaz, 57. İ.Gündoğan, 66 – Nyanq, 22. M.Mimaroğlu, 77.

23 noyabr

Göztəpə – Kocaelispor 0:0

Alanyaspor – Kasımpaşa 1:2
Qollar: Hvanq, 45+2 – Qeye, 48; 52.

Beşiktaş – Samsunspor 1:1
Qollar: C.Ünder, 57-pen – Ndiaye, 66.

Rizəspor – Fənərbağça 2:5
Qollar: Sou, 6. Laci, 15 – Asensio, 54; 65. Talişka, 58. En Nesiri, 78. Braun, 88.

24 noyabr

21:00. Başakşəhər – Trabzonspor
21:00. Konyaspor – Antalyaspor