“Bayern”in baş məşqçisi Tomas Tuxel Bundesliqa çempionluğu uğrunda mübarizə ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz titulu heç kimə verməmişik. İmtina ilə niyyətin bəyan edilməsi arasında bir sahə var – buna gerçəklik deyilir. Fərq çox böyükdür. Ancaq onu azaltmaq həqiqətən mümkündür. Bizim üçün bu, daha sabit olmaq və bu keyfiyyətin yeni səviyyəsini qazanmaq deməkdir.
Bu, həmişə növbəti addımdan başlayır. Bizə qalib gəlmək, qazanmaq, qazanmaq gərəkdir. Artıq titul uğrunda mübarizə bizim əlimizdə deyil. “Bayer” artıq onların peysərinə nəfəs aldığımızı hiss etmir. Bunun üçün özümüz təqsirkarıq. Amma bu, bizi tam oynamaq öhdəliyindən azad etmir”, deyə Tuxel vurğulayıb.
Xatırladaq ki, “Bayern” 25 oyundan 57 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Bayer” isə 24 oyundan 64 xalla Bundesliqanın vahid lideridir.


