15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-15) bu gün UEFA İnkişaf Turnirində ikinci oyun oyununu keçirib.
Arena.az xəbər verir ki, millimiz Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Kişinyov şəhərində yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilmiş görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.
Qeyd edək ki, U-15 millimiz bu turnirdə sonuncu oyununu noyabrın 23-də Moldova seçmə komandasına qarşı keçirəcək. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçiriləcək oyuna Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
Azərbaycan milli komandası bu turnirdəki ilk oyununda Monteneqro yığması ilə qarşılaşmış və 0:1 hesablı məğlubiyyətlə üzləşmişdi.


