Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, komandamız hazırlığın ikinci mərhələsi çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda təşkil edilmiş görüş rəqibin 1:0 qələbəsi ilə başa çatıb.
U-20 millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşə saat 16:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan millisinin bu yoxlama oyunları açıqlanmış heyətində aşağıdakı futbolçular yer alıblar:
Həbib Hüşənov (Qəbələ)
Aftandil Arıxov (Sumqayıt)
Ayxan Abbaszadə (İmişli)
Uğur Qurbanlı (Qarabağ)
Səttar Tahirzadə (Marcet, İspaniya)
Murad Qurbanov (Zirə)
Rəşad Alışov (Qarabağ)
Vüsal Paşayev (Sumqayıt)
Əhməd Tarverdiyev (Sabah)
Nadir Orucov (Sumqayıt)
Raul İsaqov (Kəpəz)
Əliəkbər Rzazadə (Qarabağ)
Pünhan Qasımzadə (Neftçi)
Abduləziz Cabbarlı (Qarabağ)
Anar Hüseynov (Sabah)
Əli Qazibəyov (Qarabağ)
Həsən Nəzərli (Keçiören Spor, Türkiyə)
Əli Bəşirov (Qarabağ)
Vüsal Kərimov (Neftçi)
Ziya Şəkərxanov (Qəbələ)
Əli İbrahim (Qarabağ)
Şahnur İsmayılov (Kəpəz)
Şahin İbrahimov (Sabah)
Nihad Orucəli (Sumqayıt)


