U-20 millimizdən tarixi qələbə

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-20) bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Rui Jorjenin rəhbərlik etdiyi komandamız Pakistan yığması ilə üz-üzə gəlib.

Qeyd edək ki, bu, U-20 millimizin Rui Jorjenin rəhbərliyi altında ilk matçı idi. Qəbələ şəhər stadionunda təşkil edilmiş oyunun taleyini bir qol həll edib. Matç Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Hikmət Cəbrayılzadə vurub.

Xatırladaq ki, Azərbaycanın 20 yaşlılardan ibarət yığma komandası yenicə formalaşıb. Rui Jorje bu komandanın ilk baş məşqçisidir. Pakistan yığması isə bu millimizin ilk rəqibi kimi tarixə düşüb. Sözügedən komanda Rui Jorjenin rəhbərliyi altında bir neçə toplanış keçirsə də, heç vaxt yoxlama oyununda qüvvəsini sınamamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: