21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) noyabr ayında yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Samir Əliyevin rəhbərlik etdiyi U-21 millimiz noyabrın 17-də Bakıda Latviya yığması ilə qarşılaşacaq.
Oyunun məkanı və başlama saatı hələ müəyyənləşməyib. Bununla bağlı əlavə məlumat veriləcək.