U-21 millimiz üçün Belarus və Monteneqro ilə sınaq matçı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) mayın 26-dan iyunun 9-na qədər təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, U-21 millimiz mayın 26-dan iyunun 2-dək Bakıda hazırlıq keçəcək.

Komandamız iyunun 2-dən 6-dək Belarusun paytaxtı Minskdə toplanışda olacaq. İyunun 6-dan 9-dək isə gənclərimiz yenidən Bakıda hazırlıq keçəcəklər.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda bu müddətdə iki yoxlama görüşü keçirəcək. Millimiz əvvəlcə iyunun 4-də Minskdə Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Bu görüşün başlama vaxtı və stadionu barədə daha sonra məlumat veriləcək.

Komandamız iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət yığma kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: