Uruqvay millisi Argentinada dünya çempionu oldu

20 yaşadək futbolçulardan ibarət Uqurvay millisi (U-20) Argentinada təşkil olunmuş mundialda dünya çempionu olub.

Arena.az xəbər verir ki, bu gün baş tutan turnirin final qarşılaşmasında Uruqvay və İtaliya yığmaları üz-üzə gəliblər.

Rəqibini 1:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi dünya çempionu olub. Oyunda yeganə qolu 85-ci dəqiqədə Lusiano Rodriges vurub.

Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub edən İsrail millisi isə mundialın bürünc medallarını qazanıb.

Xatırladaq ki, yarımfinalda Uruqvay yığması İsraili 1:0, İtaliya millisi isə Cənubi Koreyanı 2:1 hesabıyla məğlub edib. Çempion Uruqvay millisi dünya çempionatı ərzində Amerika Birləşmiş Ştatlarına 2:0, Qambiya və Tunisə 1:0, İraqa 4:0 hesablarıyla qalib gəlib, İngiltərəyə isə 2:3 hesabıyla uduzub.

Xatırladaq ki, uruqvaylılar U-20 dünya çempionatında ilk dəfə çempion olublar. Bu yaş qrupunda indiyə qədər ən çox dünya çempionu olmuş ölkə Argentinadır – 6 dəfə (1979, 1995, 1997, 2001, 2005, 2007). Braziliya buna 5 (1983, 1985, 1993, 2003, 2011), Portuqaliya (1989, 1991) və Serbiya (1987, 2015) isə 2 dəfə nail olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: