“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano 2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/8 final oyunundan gözləntisini açıqlayıb.
Arena.az “Goal” dərgisinə istinadən, 41 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bütün hörmətlə, amma kağız üzərində biz qapazaltıyıq, ancaq bu, bu o demək deyil ki, komandamız artıq, “uçub”. Cari mərhələyə qədər gəlmək asan deyildi, “İnter Mayami” buna layiqdir. Biz dünyanın ən yaxşı klublarından biri ilə oynayacağıq, ümidvaram, mərhələni adlamaq imkanımız olacaq.
Mən bu oyunu məşqçilik karyeramda ən vacib oyun hesab etmirəm. Biz bu imkanı haqq etmişik. İndi bizə, ən yüksək səviyyəli rəqiblə oyunda özümüzün ən yaxşı futbolunu nümayiş etdirmək gərəkdir. Komandamız onların məğlubedilməz olmadığını bilir”, deyə Xavyer Maskerano əzmkarlıqla vurğulayıb.
PSJ – “İnter Mayami” oyunu bu gün, iyunun 29-da keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.


