Xerardo Martino jurnalistlə münaqişəyə girdi

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino ona qınaq ünvanlamış jurnalistin müraciətinə duyğusal münasibət nümayiş etdirib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Jurnalist, komandaya ulduz futbolçular almasına rəğmən, “İnter Mayami”nin MLS-in pley-off mərhələsinə yüksələ bilməməsi ilə bağlı Xerardo Martinonu qınayıb.

Argentinalı mütəxəssis jurnalistin sözlərinə sərt münasibət göstərib:

“Baş vermiş dəyişikliklər, nə vaxt baş verdi? Yanvar, Fevral, Mart? Mənə cavb verin, bunu hansı andan, ilin əvvəlindən təhlil edirsiniz? Keçək başqa tərəfinə, sən mənə qarşı çox hörmətsizlik edirsən”, – deyə Martino açılıb.

Xatırladaq ki, “İnter Mayami” MLS müntəzəm çempionatının Şərq Konfransında mövsümü axırıncıdan əvvəlki, 14-cü yerdə başa vuraraq pley-off oyunlarına vəsiqə əldə edə bilməyib.

Vurğulayaq ki, mövsümün sonunda komandaya “Barselona”nın sabiq ulduzları – Lionel Messi, Jordi Alba və Serxio Buskets qoşulublar. Elə Xerardo Martino da təxminən eyni vaxtda – bu ilin iyun ayında Mayami təmsilçisinin baş məşqçisi təyin olunub. 60 yaşlı argentinalı mütəxəssis bu komandanı bütövlükdəə 22 oyuna çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: