Yüksək Liqa: 2-ci turun hakim təyinatları açıqlandı

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2-ci turun bütün oyunları sentyabrın 30-da Bakı İdman Sarayında keçiriləcək.

Yüksək Liqa
2-ci tur

30 sentyabr

“Neftçi” İK – “Araz-Naxçıvan”
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:00.

“Yasamal Bakı” – “Record”
Hakimlər: Rza Məmmədov, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 16:00.

“Baku Fire” – U-19
Hakimlər: Ramil Namazov, Vüsal Balaşov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 18:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: