Yüksək Liqa: Bu gün 4-cü turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün 4-cü turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun görüşləri “Olimpik Star”da baş tutacaq.

Son çempion “Araz-Naxçıvan” bu dəfə “Record”la münasibətlərinə aydınlıq gətirəcək.

Yüksək Liqa
4-cü tur
26 oktyabr

“Araz-Naxçıvan” – “Record”
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, İmran Məhərrəmov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

“Neftçi” İK – U-19
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Elgün Hüseynov.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı. “Olimpik Star”. Saat 15:00

“Baku Fire” – “Yasamal Bakı”
Hakimlər: Rza Məmmədov, Məmmədəli Kərimov, Ramil Namazov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: