Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib və “Olimpik Star”da təşkil olunub.
Turun açılış oyununda lider “Araz-Naxçıvan” “Şuşa” ilə münasibətlərinə aydınlıq gətirib. Naxçıvan təmsilçisinin darmadağına sevindiyi oyunda “Şuşa”nın gücü cəmi bir qola çatıb.
İkinci oyunda “Neftçi” İK “Yasamal Bakı” ilə qarşılaşıb. 8 qolluq bu görüşdə “Neftçi” çətin qələbəyə sevinib.
“Baku Fire” isə U-19-la oyundan 9 cavabsız qolla qalib ayrılıb.
Yüksək Liqa
18-ci tur
15 may
Araz-Naxçıvan – Şuşa 8:1
Qollar: Əmirhüsseyn Rasuli, 11:36; 16:06; 17:03; 38:13. Roman Adamov, 23:57; 25:57. Nüsrət Fərzəli, 28:00-öz qapısına. Ramazan Atakişiyev, 34:58 – Rüstəm Bağırov, 28:38.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Neftçi İK – Yasamal Bakı 5:3
Qollar: Abdul Qafar, 6:36; 9:14. Eldar Zeynalov, 12:57; 17:53; 36:09 – Fərid Atakişiyev, 1:23-öz qapısına. Qüdrət Qasımzadə, 6:22. İmaməli Hüseynov, 15:02.
Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Baku Fire – U-19 9:0
Qollar: Henrique Soares, 6:20; 15:46. Nihad İsmayılov, 7:25. Nurlan Mehdizadə, 9:58; 17:37; 24:28; 27:48. Fərid Abbasov, 11:32. Tofiq Əliyev, 19:44.
Hakimlər: Rza Məmmədov, İmran Məhərrəmov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xallar: Araz-Naxçıvan – 46. Neftçi İK – 43. Baku Fire – 41. Şuşa – 18. U-19 – 12. Yasamal Bakı – 0.


