Yüksək Liqa: “Murov” UNEC-ə məğlub oldu

Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 4-cü turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.

Günün yeganə oyununda “Murov” UNEC ilə üz-üzə gəlib. “Murov”un idman zalında baş tutmuş matç ev sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə bitib.

Xatırladaq ki, turun ötən gün baş tutmuş matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə qalib gəlmişdi – 3:2. Tura noyabrın 26-da keçiriləcək bir oyunla yekun vurulacaq. 4-cü turun qapanış matçında “Turan” “DH Volley” ilə üz-üzə gələcək. Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək.

Yüksək Liqa
4-cü tur
25 noyabr

“Murov” – UNEC 1:3 (24:26, 25:18, 19:25, 17:25)