“Yuventus” Polşa yığmasının hücumçusu Arkadiuş Milikin daimi əsasda transferi ilə bağlı Fransanın “Olimpik” (Marsel) klubu ilə anlaşıb.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Məlumatda bu sövdələşmə üçün “Qoca sinyora”nın Fransa klubuna 6 milyon avro ödəyəcəyi deyilir. Həmçinin müqavilədə Milikin uğurlu çıxışından asılı olaraq, turinlilərin Marsel təmsilçisinə 1 milyon avro məbləğində bonus ödəyəcəyini mükəlləf edən xüsusi maddə var.
Arkadiuş Milik 2022/2023 mövsümünü “Yuventus”da icarə əsasında keçirib. 29 yaşlı mərkəz hücumçusu 39 oyunda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet-portalı Miliki 8 milyon avro məbləğində qiymətləndirir.


