Futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Astana” Qazaxıstanda Rumıniyanın “Hunedoara” komandasını sınağa çəkib. Qazaxıstan təmsilçisi səfərdə bu rəqibinə 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə daha böyük hesabla qələbə qazanan “Astana” pley-offa yüksəlib.
Bu mövsüm “Sumqayıt”ı mübarizədən kənarlaşdırmış Macarıstan təmsilçisi “Fehervar” isə bu dəfə “Omoniya”nı (Kipr) sınağa çəkib. Macarlar ilk oyunda bu rəqibə 0:1 hesabıyla uduzmuşdular. Cavab görüşündə daha inamlı qələbə qazanan “Omoniya” növbəti mərhələyə yüksəlib. Yeri gəlmişkən qeyd edək ki, “Omoniya” növbəti mərhələdə Azərbaycan təmsilçisi “Zirə” ilə qarşılaşa bilər. Bunun üçün Rəşad Sadıqovun komandası sabah Xorvatiya təmsilçisi “Osiyek”i mübarizədən kənarlaşdırmalıdır.
Avropa Konfrans Liqasında 3-cü raundun qalan cavab oyunları avqustun 15-də təşkil olunacaq. Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə” bu raunddakı cavab oyunlarına avqustun 15-də çıxacaqlar. “Bayquşlar” İrlandiya təmsilçisi “Sent-Patriks Atletik”i, “qartallar” isə Xorvatiya “Osiyek”ini qəbul edəcəklər.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
13 avqust
“Payde” (Estoniya) – “Hakken” (İsveç) 1:1 (1:6)
“Mornar” (Monteneqro) – “Paks” (Macarıstan) 2:2 (0:3)
14 avqust
“Astana” (Qazaxıstan) – “Hunedoara” (Rumıniya) 6:1 (2:1)
“Fehervar” (Macarıstan) – “Omoniya” (Kipr) 0:2 (0:1)
15 avqust
20:00. “Flora” (Estoniya) – “Vikinqur” (İslandiya) (1:1)
20:00. “Legiya” (Polşa) – “Brondbü” (Danimarka) (3:2)
20:00. “Pünik” (Ermənistan) – “Ordabası” (Qazaxıstan) (1:0)
20:00. “Sabah” (Azərbaycan) – “Sent Patriks Atletik” (İrlandiya) (0:1)
20:30. “Zirə” (Azərbaycan) – “Osiyek” (Xorvatiya) (1:1)
21:00. “Brann” (Norveç) – “Sent Mirren” (Şotlandiya) (1:1)
21:00. ÇFR (Rumıniya) – “Makkabi” (Petah Tikva, İsrail) (1:0)
21:00. “Yurqorden” (İsveç) – “İlves” (Finlandiya) (1:1)
21:00. “Hapoel” (Beer Şeva, İsrail) – “Mlada Boleslav” (Çexiya) (1:1)
21:00. “Banik” (Çexiya) – “Kopenhagen” (Danimarka) (0:1)
21:00. “Pafos” (Kipr) – ÇSKA 1948 (Sofiya, Bolqarıstan) (1:2)
21:00. “Şerif” (Moldoca) – “Olimpiya” (Sloveniya) (0:3)
21:00. “Tromse” (Norveç) – “Kilmarnok” (Şotlandiya) (2:2)
21:30. AEK (Afina, Yunanıstan) – “Noah” (Ermənistan) (1:3)
21:45. “Başakşəhər” (Türkiyə) – “İberiya” (Gürcüstan) (1:0)
22:00. “Drita” (Kosovo) – “Auda” (Latviya) (0:1)
22:00. “Voyvodina” (Serbiya) – “Maribor” (Sloveniya) (1:2)
22:00. “Zrinski” (Bosniya və Herseqovina) – “Botev” (Bolqarıstan) (1:2)
22:30. “Gent” (Belçika) – “Silkeborq” (Danimarka) (2:2)
22:30. “Slask” (Polşa) – “Sankt Qallen” (İsveçrə) (0:2)
22:30. “Visla” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) (1:3)
23:00. “Deçiç” (Monteneqro) – HJK (Finlandiya) (0:1)
23:00. “Hayduk” (Xorvatiya) – “Rujomberok” (Slovakiya) (0:0)
23:00. “Larne” (Şimali İrlandiya) – “Balkani” (Kosovo) (1:0)
23:00. “Puşkaş Akademiyası” (Macarıstan) – “Ararat” (Ermənistan) (1:0)
23:15. “Vitoriya” (Gimaraynş, Portuqaliya) – “Sürix” (İsveçrə) (3:0)


