“Zirə” – “Sumqayıt” matçı 8 ildən sonra ilkə səhnə oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının 22-ci turunun “Zirə” – “Sumqayıt” matçı iki penaltinin qolla nəticələnməməsi ilə əlamətdar olub.

Arena.az xəbər verir ki, meydan sahiblərindən Qismət Alıyev, qonaqlardan Rövlan Muradov 11 metrlik cərimə zərbəsindən yararlanmayıb.

Bir matçda ən azı 2 penaltinin dəqiq olmaması sonuncu dəfə 2015/2016 mövsümündə yaşanıb. 8 il əvvəl “İnter”lə “Sumqayıt”ın görüşündə (2:2) üç belə zərbə uğursuz alınıb.

2016-cı il mayın 1-dəki matçda Nika Kvekveskiri qonaqları, Ağabala Ramazanovla Vaqif Cavadov meydan sahiblərini məyus edə bilməyib.

Xatırladaq ki, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: