Ən bahalı oyunçulardan ibarət rəmzi komanda açıqlandı

“Transfermarkt” internet-portalı yay yenilənməsi əsasında dünyanın ən bahalı oyunçulardan ibarət rəmzi komandanı açıqlayıb.

Arena.az müvafiq rəmzi komandanın heyətini təqdim edir:

Qapıçı: Dioqo Kosta (“Portu”) – 40 milyon avro;

Müdafiəçilər: Pau Kubarsi (“Barselona”) – 80 milyon avro, Alessandro Bastoni (“İnter”) – 80 milyon avro, Vilyam Saliba (“Arsenal”) – 80 milyon avro;

Yarımmüdafiəçilər: Federiko Valverde (“Real”) – 130 milyon avro, Pedri (“Barselona”) – 140 milyon avro, Cud Bellingem (“Real”) – 180 milyon avro, Lamin Yamal (“Barselona”) – 200 milyon avro, Vinisius Junior (“Real”) – 170 milyon avro;

Hücumçular: Kilian Mbappe (“Real”) – 180 milyon avro, Erlinq Haland (“Mançester Siti”) – 180 milyon avro.

Əlavə edək ki, Lamin Yamal dünyanın ən bahalı oyunçusudur – 200 milyon avro.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: