Renat Dadaşovun yoxluğunda daha bir heç-heçə

Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının “Kolos”la matçını buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 12-ci turu çərçivəsində evdə “Kolos”la qarşılaşıb.

Tərəflər hərəyə 1 qol vurduqları matçdan 1 xalla ayrılıblar – 1:1.

Hazırda zədəli olan Renat bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Bukovina” 12 turdan sonra 10 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 11 oyunda 1 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: