Premyer Liqa: 24-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü turun hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun bütün görüşləri aprelin 24-də – bazar günü keçiriləcək.

Turun açılış oyunu olan “Qəbələ” – “Qarabağ” matçını İnqilab Məmmədov idarə edəcək. “Sabah” – “Şamaxı” matçında Fərid Hacıyev iş başında olacaq. “Sumqayıt”ın “Zirə” ilə oyunu Elçin Məsiyevə tapşırılıb. “Səbail” – “Neftçi” qarşılaşmasının baş hakimi isə Rəvan Həmzəzadə olacaq.

Azərbaycan Premyer Liqası
24-cü tur
24 aprel

“Qəbələ” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu, 17:30.

“Sabah” – “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Masazır. “Bank Respublika Arena”, 18:30.

“Sumqayıt” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena”, 20:00.

“Səbail” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASCO Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: