Premyer Liqa: 25-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri mayın 3 və 4-də keçiriləcək.

İlk oyun günündə lider “Qarabağ” son oyunlarda yaxşı təsir bağışlayan “Sabah”la qarşılaşacaq. Son turlarda darmadağınlara üzülən “Şamaxı”nı isə bu dəfə çempionatın aşkar autsayderi “Səbail”lə matç gözləyir.

“Neftçi” bu turda “Sumqayıt”ın qonağı olacaq. “Zirə” isə avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Qəbələ” ilə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
25-ci tur
3 may

“Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu, 16:30.

“Qarabağ” – “Sabah”
Bakı. “Azersun Arena”, 19:00.

4 may

“Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu, 17:45.

“Sumqayıt” – “Neftçi”
“Sumqayıt Arena”, 20:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: