Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda 2022/23 mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Qarabağ” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Şamaxı” FK, “Sabah” FK, “Qəbələ” İK
- UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Səbail” PFK, “Sumqayıt” FK.
- Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib: “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK, “Turan Tovuz” PFK.
- Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib: “Qaradağ Lökbatan” FK, “Zaqatala” FK, MOİK.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.


