Premyer Liqa: “Sumqayıt” qalib gəldi, “Neftçi” Qəbələdə xalsız qaldı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Sumqayıt” “Şamaxı”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. Bununla da “Sumqayıt”ın qələbə həsrətinə son qoyulub. Sözügedən komanda uzun fasilədən sonra Premyer Liqada qələbə sevinci yaşayıb. Bu, “Sumqayıt”ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Komanda 15 turdan sonra 3 xala sevinib. Sumqayıtlılar sonuncu dəfə ötən ilin 31 oktyabrında, Premyer Liqanın 9-cu turu çərçivəsində “Səbail”lə ev oyununda 2:1 hesablı qələbəyə sevinmişdilər. Bu oyunda dubla imza atan Əli Qurbani də cari mövsümdə vurduğu qolların sayını 3-ə çatdırıb. 31 yaşlı hücumçu sonuncu dəfə ötən il avqustun 21-də Premyer Liqanın 2-ci turunda “Sabah”la görüşdə (2:0) fərqlənmişdi. Beləcə, millimizin üzvü 19 oyundan sonra rəqib qapısına yol tapdı.

Turun qapanış matçı isə “Qəbələ” və “Neftçi” arasında keçirilib. Bu oyunda meydan sahibləri minimal hesabla qalib gəliblər.

İlk oyun günündə “Səbail” evdə “Sabah”a 0:2 hesabıyla uduzub, “Qarabağ” – “Zirə” matçında isə qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası
26-cı tur
9 may

“Sumqayıt” – “Şamaxı” 2:0
Qol: Ə.Qurbani, 31; 78.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Sumqayıt. “Kapital Bank Arena”, 17:30.

Sumqayıt 23. Andrey Popoviç, 3. Vurğun Hüseynov (k), 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 78. Araz Abdullayev, 91. Anatoli Nuriyev, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 14. Elvin Bədəlov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.

Şamaxı: 1. Stanislav Namaşko, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 11. Sadio Tounkara, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 9. Natan Oduva, 22. Elçin Mustafayev.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 6. Franko Flores, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov.
Baş məşqçi: Rüstəm Əliyev.


“Qəbələ” – “Neftçi” 1:0
Qol: İ.Alimi, 76-pen.
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 19:45.

Qəbələ: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Ürfan Abbasov, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 24. Patrik Robson, 44. Salman Ələsgərov, 12. Rüfət Əhmədov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

Neftçi: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: