Premyer Liqada mövsümün antirekordu qeydə alındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunda cəmi 5 qol vurulub. Arena.az xəbər verir ki, 4 oyunun keçirildiyi turda məhsuldarlıq 1.25-ə bərabər olub. Bu, mövsümün antirekordudur.

“Səbail” – “Sabah” (0:2) və “Sumqayıt” – “Şamaxı” (2:0) görüşlərinin hərəsində iki, “Qəbələ” – “Neftçi” (1:0) qarşılaşmasında bir qol vurulub. “Qarabağ” – “Zirə” matçında isə hesab açılmayıb.

Bunadək mövsümün antirekordu Premyer Liqanın 17-ci turunda qeydə alınmışdı. Həmin vaxt 4 matçda cəmi 6 qol vurulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: