“Qarabağ” 200-cü heç-heçəyə razılaşdı

“Qarabağ” futbol üzrə Azərbaycan çempionatında 200-cü dəfə heç-heçə edib. Arena.az xəbər verir ki, bu, Premyer Liqanın 26-cı turunda qeydə alınıb.

Qurban Qurbanovun çalışdırdığı komanda ev matçında “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb – 0:0.

200-cü sülh ölkə çempionatındakı 850-ci qarşılaşmaya təsadüf edib. Ağdam klubu evdə 82, səfərdə 113, neytral meydanda 5 dəfə heç-heçə ilə kifayətlənib.

“Qarabağ” daha çox – 30 dəfə “Neftçi” ilə heç-heçə oynayıb. “Şamaxı” ilə görüşlərdə 24 bərabərlik gerçəkləşib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: