Premyer Liqada turun bütün oyunları eyni gündə, eyni saatda

Futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə və eyni saatda keçiriləcək.

Çempionluğu təmin etmiş “Qarabağ” bu dəfə səfərdə autsayder “Səbail”in qonağı olacaq. Turun ən maraqlı oyunlarından biri Zirədə keçiriləcək. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” “Neftçi”ni qəbul edəcək. “Sabah” da “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Avropa Konfrans Liqasına daha bir iddialı “Qəbələ” də Şamaxıya səfər edəcək.

Azərbaycan Premyer Liqası
27-ci tur
15 may

“Səbail” – “Qarabağ”
Bakı. “ASCO Arena”, 17:00.

“Sabah” – “Sumqayıt”
Masazır. “Bank Respublika Arena”, 17:00.

“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 17:00.

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 17:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: