“Qarabağ” Rumıniya klubuna 4 cavabsız qolla qalib gəldi

Azərbaycan çempionu “Qarabağ” bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasına mübarizə aparan “Botoşani” komandası ilə qarşılaşıb.

Kössen qəsəbə stadionunda təşkil olunan matç Qurban Qurbanovun çalışdırdığı kollektiv üçün uğurlu alınıb. İlk hissədə üç qol vuran “Qarabağ” fasilədən sonra daha bir dəfə fərqlənərək darmadağına sevinib. Komandanın son iki qolunu dubla imza atan İbrahima Vadji vurub.

“Qarabağ”ın növbəti oyunları iyunun 29-da baş tutacaq. Ağdam komandası həmin gün “Holştayn Kil” (Almaniya) və “Universitatya” (Krayova, Rumınya) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 iyun

Qarabağ – Botoşani 4:0
Qol: K.Borges, 11. M.Veşoviç, 15. İ.Vadji, 40; 58.
Kössen stadionu.

Qurban Qurbanov bu oyunda aşağıdakı start heyətə güvənib: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5 Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: