Cənubi Amerikada böyük əks-səda doğurmuş, idmana yaraşmayan hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.
Arena.az məlumat verir ki, 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonası üzrə 6-cı turu çərçivəsində Peru və Venesuala yığma komandaları arasında keçirilmiş oyundan (1:1) sonra, Venesuela yığmasının futbolçuları Peru polisi tərəfindən döyülüblər.
Oyundan sonra Venesuela yığmasının futbolçuları köynəklərini azarkeşlərinə vermək üçün tribunalara yaxınlaşmaq istəyəndə, polis futbolçulara tribunaya buraxılmayacağını sərt şəkildə izah edib və onları kobud surətdə itələyib. Oyunçulardan biri onu itələyən polisin əlinə vurub. Buna cavab olaraq bəzi hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərini işə salaraq, futbolçulara kötək çəkiblər. Hadisə böyük mənfi əks-səda doğurub, özbaşınalıq və şiddət kimi qiymətləndirilirb.
6 turdan sonra Venesuela yığması 9 xalla turnir cədvəlinin 4-cü, Peru isə 2 xalla sonuncu, 10-cu pilləsində yer alıb.


