İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Kiron Dayer, İSX (ilkin sklerozan xolangit) xəstəliyi ilə mübarizəsindən danışıb.
Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, Dayer mərhum donordan qaraciyər nəqlinin onun həyatını xilas etdiyini açıqlayıb:
“Mənə ilk diaqnoz qoyulanda gözlərim sarı, dərim isə sapsarı idi. İSX, safra istehsal edən qaraciyər borularının çapıqlanmasıdır. Əgər çapıqlar çox qalınlaşarsa, öd borular vasitəsilə qaraciyərə keçə bilmir və qana axır. Ona görə də saralmışdım.
Bir neçə il əvvəl həkimlər məndə İSX olduğunu ilk dəfə dedilər, amma 60-70 yaşımda qaraciyər köçürülməsinə ehtiyacım olacağını düşündülər.
Ancaq keçən il “Sky Spots”a mütəxəssis kimi çıxdım və insanlar sarılığım barədə mənə yazaraq gözlərimin sarı olduğunu bildirdilər. Mənə bir il ərzində köçürülməyə ehtiyacım olduğunu deyəndə, bu, mənim üçün sarsıntı oldu, çünki bunun 30 ildən sonra olacağını gözləyirdim.
Mən sadəcə minnətdaram ki, mərhum donorun yaxınları xəstə olduğumu bildilər. Mən başa düşürəm ki, mənə uzun və xoşbəxt bir ömür yaşamaq imkanı vermək üçün başqalarının bədbəxtliyindən asılıyam. Ən böyük ümidim odur ki, hansı ciyəri alsam da, o insanla fəxr edəcəyəm”, deyə Kiron Dayer ağır həyat sınağı qarşısında duyğusalcasına bildirib.


