Moskvada Messi izi olan 673 kq kokain müsadirə edildi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Rusiyanın qara bazarında kokain satmağı planlaşdıran iki şəxsi saxlayıblar.

Arena.az bu barədə RBK portalına istinadən məlumat verir.

Saxlanılanlar argentinalı ulduz futbolçu, dünya çempionu Lionel Messinin təsvirləri olan qutularda narkotik vasitə daşıyıblar.

Ümumilikdə 673 kq kokain müsadirə edilib. Rusiyanın qara bazarında belə bir həcmin dəyəri 2,5 milyard rubldan 6,5 milyard rubla qədər qiymətləndirilir. Narkotiki daşıyan şəxslər nəzarətə götürülüb.

“Onların vəzifəsi əvvəllər ölkəmizə gətirilmiş xüsusilə böyük partiya kokainin Moskvada qəbul edilməsi, həmçinin narkotiklərin sonradan Avropa İttifaqı ölkələrinə qaçaqmalçılıq yolu ilə daşınması idi”, – Rusiya Federal Təhlükəsizlik Xidmətindən bildirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: