Avropa Super Liqasının Rusiya klubları ilə bağlı mövqeyi açıqlandı

Avropa Super Liqasının təsisi və təşkili ilə məşğul “A22 Sports” şirkəti Rusiya klublarının turnirdə iştirak edib-etməyəcəyini açıqlayıb.

Arena.az xatırladır ki, dekabrın 21-də Avropa məhkəməsi FIFA və UEFA-nın yeni turnirin keçirilməsini qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb.

“Bu gün biz həm kişilər, həm də qadınlar arasında Avropa klub yarışları üçün yeni təklif təqdim etdik. Önümüzdəki həftələrdə Avropanın bütün maraqlı klubları ilə bu təklifi müzakirə edəcəyik. Müsabiqəyə buraxılış üçün son meyarların hansı olacağına iştirakçı klublar özləri qərar verəcəklər”, – “RİA Novosti Sport” şirkətinin mətbuat xidməti Rusiya klublarının Super Liqada mümkün iştirakı ilə bağlı suala cavab alıb.

Xatırladaq ki, daha əvvəl Super Liqanın tərtibatı təqdim edilmişdi və burada üç liqaya bölünmüş 64 komandanın iştirakı nəzərdə tutulub. Hər liqada yarış iki mərhələdə keçiriləcək – “liqa mərhələsi” və “pley-off mərhələsi”. Yeni turnirin ilk mövsümünün 2025-ci ildə keçirilməsi nəzərdə tutulub. Hazırda Super Liqada yalnız bu fikrin əsas təşəbbüskarı “Real” və qüvvətli tərəfdarı “Barseona” yer alıb. Hamının Super Liqadan qaçdığı bir məqamda “Napoli” yeni turnirdə iştirakın əleyhinə olmadığını bəyan edib.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə, Rusiya milli komandalarının və klublarının beynəlxalq turnirlərdə iştirakını dayandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: