Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 6-cı sınağında Avstriya yığmasını qəbul edib.
Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Yunanıstandan olan FIFA referisi Aristotelis Diamantopulos idarə edib.
Xatırladaq ki, Azərbaycan millisi yer aldığı F qrupundakı ilk matçını səfərdə məhz Avstriya yığmasına qarşı keçirmiş və 1:4 hesabıyla uduzmuşdu. İsveçlə səfər (0:5), Belçika ilə ev (0:1) oyunları da yığmamızın məğlubiyyəti ilə bitmişdi. Komandamız bu tsikldə yalnız Estoniya ilə oyunlarda xal qazana bilmişdi. Bakıda bu rəqiblə heç-heçəyə (1:1) razılaşan millimiz üç gün öncə Tallində estonlara 2:0 hesabıyla qalib gəlmişdi.
Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparan Avstriya yığması 13 xalla F qrupunda 2-ci pillədə qərarlaşmışdı. Bu üzdən qonaqlar Bakıdan qələbə ilə qayıtmağa iddialı idilər. Avstriyalılar üç gün öncə doğma meydanda lider Belçikadan aldıqları məğlubiyyəti məhz millimizlə oyunda unutdurmaq arzusunda idilər Amma millimiz də Estoniyada qazandığı uğurun davamını gətirmək üçün yaxşı şansa malik idi.
Təəssüf ki, qarşılaşma yığmamız üçün uğurlu alınmayıb. İlk hissəsi qolsuz bitən oyunun ikinci yarısında qonaqlar penaltidən vurduqları yeganə qolla qalib gəliblər.
Bu gün yığmamızın qrupunda Belçika – İsveç oyunu da baş tutacaq.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
17 oktyabr
Azərbaycan – Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Qırmızı vərəqə: Quido Burqstaller, 90+4.
Baş hakim: Aristotelis Diamantopulos
Baş hakinin köməkçiləri: Konstantinos Psarris, Andreas Meintanas
Dördüncü hakim: Anastasios Papapetru
VAR: Angelos Evangelu
AVAR: Vasileios Fotias (Hakimlər briqadası Yunanıstandandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev (21. Qismət Alıyev, 83), 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev (13. Emil Səfərov, 65), 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov (22. Musa Qurbanlı, 83), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev (10. Mahir Emreli, 79).
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç.
Baş məşqçi: Canni De Byazi.
Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç (3. Quido Burqstaller, 82), 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid (9. Marsel Zabitser, 46), 17. Florian Kaynts (21. Patrik Vimmer, 46), 18. Aleksander Prass (19. Kristof Baumqartner, 46), 20. Konrad Laymer (k).
Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 5. Samson Baydo, 8. Marko Qrüll, 11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.
Baş məşqçi: Ralf Ranqnik.
Xal: Belçika – 16. Avstriya – 16. İsveç – 6. Azərbaycan – 4. Estoniya – 1.


