Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Turan Tovuz” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 700 manat cərimə edilib.
“Qəbələ” – “Zirə” oyununda “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə əyalət klubu 700 manat cərimə edilib. “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 800 manat cərimə edilib. “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Araz-Naxçıvan” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Gəncə klubu 700 manat cərimə edilib.
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 5-ci tur
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqası və İkinci Liqanın oyunları ilə də bağlı qərarlarını açıqlayıb:
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz”un futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Tovuz klubu buna görə 150 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 70 manat cərimə edilib. “Neftçi”nin də 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Sumqayıt-2” komandasının baş məşqçisi Vaqif Cavadov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Sumqayıt klubu buna görə 150 manat cərimə də olub. Oyunda xərəkdaşıyan uşaqların yaş limiti pozulduğuna görə “Sumqayıt” klubu 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Zirə-2” oyununda “Qəbələ”nin futbolçusu İbrahim Ramazanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” buna görə 50 manat cərimə edilib.
İkinci Liqa, 1-ci tur
“Füzuli” – “Cəbrayıl” oyununda “Füzuli”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Füzuli” 70 manat cərimə edilib. “Cəbrayıl”ın da 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 70 manat cərimə edilib.
“Baku Sportinq” – “Şəfa” oyununda “Şəfa”nın baş məşqçisi Tural Rzayev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına, bundan sonra hakimə sözlə təzyiq etdiyinə görə 2 oyun cəzalanıb. “Şəfa” klubu buna görə 100 manat cərimə edilib.
“Ağdaş” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”ın futbolçusu Salman Atluxanov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Qusar klubu buna görə 50 manat cərimə edilib.


