Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, iclasda Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunuş Əvəzedicilər Liqasının 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Səbail-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Kəpəz” komandası 100 manat cərimə edilib.
“Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Ağdam komandası 70 manat cərimə edilib. Görüşün təşkilində problemlər yarandığından oyun gec başladığına görə “Qarabağ” komandası 50 manat cərimə edilib.


