Ağırlıqqaldırma: Azərbaycan birinciliyinin ilk qalibləri bilindi

Bu gün Şüvəlandakı Ağır Atletika Akademiyasının yarış zalında gənclər arasında ağırllıqaldırma üzrə Azərbaycan birinciliynə start verilib.

Arena.az xəbər verir ki, əvvəlcə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

Baş katib Rizvan Rəsulov açılış mərasimində çıxış edib. O, çempionatın təşkilində əsas məqsədin ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda federasiyanın vitse-prezidenti Firdovsi Umudov iki hakim – Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçalarını təqdim edib.

Daha sonra Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. 49, 55, 59, 64, 71, 76, 81, 87 və +87 kq çəki dərəcələrində müvafiq olaraq Sona Quliyeva, Selcan Qarayeva, Nigar Əliyeva, Fazilə İmanova, Zəhra Niftəliyeva, Günel Əliyeva, Rahilə Hüseynzadə, Mələk Hüseynli və Nuranə Məhərrəmova qalib adlarını qazanıblar.