Formula 1: Kimi Antonelli Kanadada da hamını qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (5-ci qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Monreal (Kanada) şəhərində təşkil olunub.

Bundan əvvəlki Yaponiya, Çin və Mayami qran-prilərində olduğu kimi, Kanada qran-prisində də “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 68 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 4-cü zəfərdir.

İkinci yeri “Ferrari”nin sürücüsü Luis Hamilton tutub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen qapayıb.

Beləliklə, geridə qalmış 5 mərhələdən sonra Kimi Antonelli 131 xalla vahid liderdir. Antonellinin komanda yoldaşı Corc Rassel 88 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 75 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 219 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 147 xalla ikinci, “Maklaren” isə 106 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 6-cı qran-prisi Monakoda keçiriləcək. Bu yarış iyunun 7-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 131
  2. Corc Rassell (Mersedes) – 88
  3. Şarl Lekler (Ferrari) – 75
  4. Luis Hamilton (Ferrari) – 72
  5. Lando Norris (Maklaren) – 58
  6. Oskar Piastri (Maklaren) – 48
  7. Maks Ferstappen (Red Bull) – 43
  8. Pyer Qasli (Alpin) – 20
  9. Oliver Berman (Haas) – 18
  10. Liam Louson (Rasinq Bulls) – 16
  11. Franko Kolapinto (Alpin) – 15
  12. İsaak Hacar (Red Bull) – 14
  13. Karlos Sayns (Uilyams) – 6
  14. Arvid Linblad (Rasinq Bulls) – 5
  15. Qabriel Bortoleto (Audi) – 2
  16. Esteban Okon (Haas) – 1
  17. Aleksander Albon (Uilyams) – 1
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 219
  2. Ferrari – 147
  3. Maklaren – 106
  4. Red Bull – 57
  5. Alpin – 35
  6. Rasinq Bulls – 21
  7. Haas – 19
  8. Uilyams – 7
  9. Audi – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: