Alvaro Arbeloa “Real”ın gənclər komandasına təyinat aldı

42 yaşlı ispan mütəxəssis, “Real”ın keçmiş müdafiəçisi Alvaro Arbeloa Madrid klubunun gənclərdən ibarək komandası “Kastilya”ya təyinat alıb.

Arena.az bu barədə “Real”ın rəsmi saytına istinadən məlumat verir.

Arbeloa daha əvvəl “Kastilya”nın baş məşqçisi vəzifəsindən istefa vermiş 47 yaşlı ispan mütəxəssis, “Real”ın əfsanəsi Raulu əvəzləyib.

Buna qədər Arbeloa “Real”ın müxtəlif yaş dəstələri üzrə yeniyetmə və gənclərdən ibarət komandalarında çalışıb. 2023-cü ildə Arbeloanın rəhbərliyi altında “Real”ın 19 yaşa qədər gənclərdən ibarət komandası İspaniya Gənclər Kubokunu qazanıb.

Xatırladaq ki, sağ cinah müdafiəçisi mövqeyində çıxış etmiş Arbeloa “Real” məzunudur. 2004-2006-cı və 2009-2016-cı illərdə “Real”ın əsas komandasında çıxış etmiş Arbeloa İspaniya nəgəngi ilə İspaniya La Liqasını, İspaniya Kral Kubokunu (2 dəfə), İspaniya Super Kubokunu (2 dəfə), Çempionlar Liqasını (2 dəfə), UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qaznıb. Arbelo həmçinin DÇ-2010-un, AÇ-2008 və AÇ-2021-nin qalibidir.

Alvaro Arbeloa futolçu karyerasına 2017-ci ildə xitam verib və 2020-ci ildə “Real”ın klub sistemində məşqçilik fəaliyyətinə başlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: