İspaniya La Liqasının 11-ci turunun “Real” – “Barselona” oyununda (0:4) komandaların baş məşqçiləri arasında narazılıq yaşanıb.
Arena.az məlumat verir ki, hadisə oyunun 84-cü dəqiqəsində “blauqrana”nın “qaymaqlılar”ın qapısına dördüncü qolu vurmasından sonra baş verib.
“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti “Barselona”nın alman çalışdırıcısı Hans-Diter Flikə yaxınlaşıb və şəhadət barmağını hədələyici tərzdə silkələyərək, alman mütəxəssisin düşərgəsini narazı bir ifadə ilə intizama dəvət edib.
İtalyan mütəxəssis bu barədə açıqlama verib:
“Barselona”nın ehtiyat oyunçular skamyasındakı fəsad, qolu bizim ehtiyat oyunçular skamyasında qeyd edən, Flikin qeyri-centlmen köməkçisi ilə bağlı idi. Flik bizimlə razılaşdı, vəssalam, şüd-tamam”, – “Marca” nəşri Ançelottidən sitat gətirir.
Flikin özü isə məqamı belə şərh edib:
“Mən onu, bu hadisəni görməmişəm. Oyundan sonra Ançelotti ilə danışdım, amma bu, adi bir haldır. Komanda sadəcə qolu qeyd edirdi. Biz bunu müzakirə etmək üçün kifayət qədər yaşlıyıq”, – “Marca” nəşri Flikdən sitat gətirir.
11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.