Antonio Adan İran çempionatında çıxış edəcək

38 yaşlı ispan qapıçı Antonio Adan azad agent qismində İran İslam Respublikasının “İstiqlal” klubuna qoşulub.

Arena.az bu barədə “İstiqlal”ın mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Xatırladaq ki, Adan 2024-cü ilin iyul ayında Lissabon “Sportinq”indən ayrıldıqdan sonra, klubsuz qalmışdı.

Antonio Adan “Real”ın məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Kalyari”, “Betis”, Madrid “Atletiko”su və Lissabon “Sportinq”i üçün çıxış edib.

Adan İspaniyanın U-16, U-17, U-19, U-20 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə çağırış almayıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı ispan qapıçının transfer dəyərini 200 min avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: