Avropa çempionatı: Vüsalla Ömər də Haaqada medal qazandılar

Niderlandın Haaqa şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, qitə birinciliyində Azərbaycan cüdoçuları da qüvvələrini sınayırlar.

Yarışın ikinci günündə Azərbaycan yığmasının daha 3 üzvü medallar uğrunda mübarizə aparıb.

Onlardan ikisi günü medalla başa vurublar. Belə ki, Vüsal Qələndərzadə (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc mükafata yiyələniblər. 73 kq-da yarışan digər cüdoçumuz Süleyman Əliyev isə medal qazana bilməyib.

Xatırladaq ki, cüdoçularımız Avropa çempionatının ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurmuşdular. Nizami İmranov (60 kq) Avropa çempionu olmuşdusa, Aydın Rzayev (66 kq) gümüş, Aydan Vəliyeva (52 kq) isə bürünc medal qazanmışdı.

Ötən gün start götürmüş Avropa çempionatı sentyabrın 10-na qədər davam edəcək. İdmançılar ayına 9-na qədər çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcəklər. Azərbaycan yarışda 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunur. Yarışda ACF-in A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alıb.

Yığma komandalarımız Avropa çempionatına bu heyətlə qatılıblar:

Qızlar

-48 kq
Könül Əliyeva
Vüsalə Hacıyeva

-52 kq
Aydan Vəliyeva

-57 kq
Fidan Əlizadə

-78 kq
Nərmin Əmirli

+78 kq
Nigar Süleymanova

Oğlanlar

-60 kq
Nizami İmranov

-66 kq
Nicat Nağıyev
Aydın Rzayev

-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə

-81 kq
Ömər Rəcəbli

-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov

+100 kq
Kənan Nəsibov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: