Azərbaycan millisinin yeni baş məşqçisi – Vitali Borisov!

Joze Alesio da Silva futzal üzrə Azərbaycan millisinin baş məşqçisi postundan ayrılıb, onu bu vəzifədə Vitali Borisov əvəz edib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi. Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq “Araz Naxçıvan” komandasının da baş məşqçisi olacaq Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.

Xatırladaq ki, Vitali Borisov 5 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub.

Futzalçı karyerası:
Anqloil – 2000-ci il
Tribut – 2001-2003
Ədliyyə – 2003-2004
Araz Naxçıvan – 2004-2005
Azfarma – 2005-2006
Araz Naxçıvan – 2006-2008
Dina (Rusiya) – 2008-2010
Araz Naxçıvan – 2010 – 2014
Fener – 2014-2015
Ekonomaç (Serbiya) – 2015-2017
Neftçi İK – 2017-2018
Marafon Futsal – 2018

Məşqçi kimi fəaliyyəti:
Neftçi İK – 2021-2022

Uğurları:
UEFA kuboku, bürünc medal – 2 dəfə
Azərbaycan çempionu – 7 dəfə
Azərbaycan kuboku – 4 dəfə
Serbiya çempionu – 2 dəfə
Serbiya kuboku – 2 dəfə

Milli komanda:

2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib.

5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub.

Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yeri tutmasıdır.

Xatırladaq ki, Azərbaycan millisinə uzun illər idi Joze Alesio da Silva rəhbərlik edirdi. Amma onunla müqavilənin müddəti bitdiyi üçün federasiya rəhbərliyi braziliyalı mütəxəssislə vidalaşıb. Bir müddət öncə o, “Araz Naxçıvan”ın baş məşqçi postundan da ayrılmış, həmin post da Vitali Borisova tapşırılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: