Azərbaycanın U-19 millisi İspaniyaya da böyük hesabla uduzdu

Futbol üzrə Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, millimiz Lüksemburqda keçirilən oyunda İspaniya yığması ilə qarşılaşıb.

Qarşılaşma komandamız üçün uğursuz alınıb. Azərbaycan futbolçuları bu oyunda altı cavabsız qola üzülüblər.

8-ci qrupun digər matçı qrup oyunlarına ev sahibliyi edən Lüksemburqla Belçika yığması arasında baş tutub. Belçikalılar da darmadağınla qalib gəliblər – 5:1.

Xatırladaq ki, ilk turda Azərbaycanın U-19 millisi Belçikaya 1:5 hesabıyla uduzmuşdu. İspanlar isə Lüksemburq üzərində 2:1 hesablı qələbəyə sevinmişdilər.

AÇ-2022-nin seçmə mərhələsi
8-ci qrup
13 noyabr

İspaniya – Azərbaycan 6:0
Qol: Pablo Torre, 23; 69. Niko Serrano, 35, Arnau Martines, 71. Mikel Rodrises, 75. Alberto Moleyro, 90+3.
Baş hakim: Davit Kut (İngiltərə).

İspaniya: 13. Aleks Padilla, 2. Huqo Novoa (12. Karlos Aleman, 60), 4. Ruben İranzo Lendines (5. Dani Barsiya, 46), 6. Xavi Serrano (k) (18. Alvaro Bastida, 46), 7. Xuanlu, 8. Alberto Moleyro, 11. Niko Serrano (10. Mikel Rodriqes, 75), 15. Alehandro Balde, 17. Arnau Martines, 19. İker Bravo, 20. Pablo Torre.
Ehtiyat oyunçular: 1. Alehandro İturbe, 3. Xesus Vaskes, 9. Alehandro Ximenes, 14. David Navarro, 16. Rodriqo Alonso.
Baş məşqçi: Santi Deniya.

Azərbaycan: 1. Eldar Tağızadə, 5. Mirəli Əhmədov, 7. Gülağa Əsədov (23. Xəyal Əliyev, 46), 8. Rauf Rüstəmli, 9. Mehrac Baxşəli (k), 10. Vüsal Əliyev (17. Kamal Kazımov, 72), 13. İbrahim Ramazanov, 14. Hüseyn Babayev, 15. Mahmud Ağayev (16. Vüsal Qənbərov, 72), 18. Cavanşir Şahbazlı (6. Oral Yusuf, 87), 20. Xəyal Səmədov (11. Mirmövsüm Canıyev, 77).
Ehtiyat oyunçular: 12. Amin Ramazanov, 2. David Orucov, 19. Ağadadaş Salyanski, 21. Süleyman Damadayev.
Baş məşqçi: Elxan Abdullayev.

Xəbəri sosial şəbəkələrdə paylaş: