Azərbaycan millisi FİFA reytinqində irəlilədi – 1 pillə

Futbol üzrə Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəliləyib.

Arena.az xəbər verir ki, bu gün FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan yığmasının da yeni mövqeyi müəyyənləşib. Yığmamız ötən siyahı ilə müqayisədə 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127.17 xalla 128-ci sırada qərarlaşıb.

Buna yığmamızın UEFA Millətlər Liqasının iyun ayında keçirilmiş matçlarda bir heç-heçə və bir qələbəyə imza atması səbəb olub. Belə ki, Belarusla səfər oyununda qolsuz heç-heçə edən Azərbaycan millisi ev matçında da bu rəqibi üzərində 2:0 hesablı qələbə qazanmışdı. Qazaxıstan və Slovakiya ilə matçlarda isə müvafiq olaraq, 0:2 və 0:1 hesablı məğlubiyyət qeydə alınıb. Komanda ötən reytinqdə 1127.05 xalla 129-cu olmuşdu.

Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərinin də mövqeyi müəyyənləşib. Slovakiya yığması 1439.99 xalla 51-ci, Belarus millisi 1226.55 xalla 96-cı, Qazaxıstan milli komandası isə 1166.28 xalla 114-cüdür.

Reytinq cədvəlinə 183.56 xala malik Braziliya millisi rəhbərlik edir. Belçika yığması (1821.92) ikinci, Argentina (1770.65) millisi üçüncü pillədə qərarlaşıb. Türkiyə milli komandası isə 1475 xalla 42-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: