“Barselona”nın bütün futbolçuları əlverişsiz hava şəraiti ilə əlaqədar idman zalında məşq etməyə məcburdurlar.
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Güclü leysan nəticəsində şəhəri su basıb. “Blauqrana”nın rəsmi sosial şəbəkə hesabları üzərində müvafiq xüsusda xəbərlər şəkillərlə paylaşılır.
Ümumiyyətlə İspaniyada əlverişsiz hava şəraiti Valensiya vilayətinə ciddi fəsadlar yaradın. Bölgəni güclü qasırğa vurub. Zərərçəkmiş bölgələrdə yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib. Bir neçə yüz insan yolların su basması səbəbindən qapalı adacıqlarda köməksiz qalıb. Daşqın nəticəsində Valensiyada bir neçə min insan işıqsızdır. İqtisadiyyata zərər dəyib, həmçinin onlarla insan həyatını itirib, itkin düşənlər var.
Təbii fəlakətin faciəvi nəticələri ilə bağlı matəm elan edilib. Hökumət zərəçəkmişlərə yardım məqsədilə qüvvələrini səfərbər edib.
Xatırladaq ki, 12 turdan sonra 33 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.